booked.net booked.net  

İstanbul polisi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətl işi ilə bağlı mühüm şəxsi ələ keçirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı ona məxsus mobil telefon, 2 ədəd danışıq kartı, danışıq kartı qurğusu və yaddaş kartının götürüldüyü bildirilib. Tutulan şəxs Karlovun öldürülməsində ittiham olunan şəxslərdən birinin arvadıdır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxs təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

***

Qeyd edək ki, daha əvvəl Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razı qalmışdı. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi.

"Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz qoymuş bu faciəli hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir", -deyə bəyanatda qeyd edilmişdi. 

 Həmçinin əlavə edilib ki, Rusiya Türkiyədən səfir Karlov sui-qəsdinin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağına ümid edir.

Onu da xatırladaq ki,  Ankara məhkəməsinin hökmü ilə səfir Karlovun təqsirləndirilənlərdən 5 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. 

İş üzrə təqsirləndirilən 5 nəfərə bəraət verilib, daha 9 nəfər isə axtarışadır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxs təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

TEZADLAR.AZ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN