booked.net booked.net  

23 yaşlı Sankt-Peterburq sakini doqquz aylıq qızını qətlə yetirməkdə təqsirli olduğunu etiraf edib.

Bu barədə REN TV-yə regional İK-nin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin Vıborq rayonu üzrə istintaq şöbəsi 23 yaşlı yerli sakini Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə (qəsdən adam öldürmə) ittiham edib”, - idarədən bildirilib.

Belə ki, araşdırmaya görə, ana yanvarın 18-də uşaqla məşğul olub - qız yatmaq istəməyib və valideyn onu yastıqla boğub. Bundan sonra qadın ikinci uşağını - 1 yaş 9 aylıq oğlunu tək qoyaraq mənzili tərk edib.

Yanvarın 20-də təcavüzkar hüquq-mühafizə orqanlarına zəng edərək bildirib ki, guya o, uşaqları rəfiqəsi ilə qoyub və məclisdən gələrək qızının meyitini aşkarlayıb.

Yanvarın 22-də hüquq-mühafizə orqanlarının əməkdaşları mərhum qızın anasını saxlayıb və dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

“Təqsirləndirilən şəxs qismində dindirilən qadın cinayəti törətməkdə təqsirli olduğunu tam etiraf edib və onun iştirakı ilə hadisə yerində aparılan istintaq-əməliyyat tədbirləri zamanı verdiyi ifadəsini təsdiqləyib”, - deyə idarədən əlavə ediblər.

​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN