booked.net booked.net  

Masallı rayon sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN