booked.net booked.net  

...Hələki dünya alimləri-hüquqşünasları rüşvət xəstəliyinin dərmanını, yaxud peyvəndini tapa bilmirlər. Niyə?

Məsələn, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-nun tələbəsi Şəhanə İbrahimova ifadə verib. O deyib ki, universitetdə təhsil almaq üçün D.Əliyevaya 4 min manat pul verib: “Bir müddət sonra isə mənə universitetdən bildirildi ki, ora 2 min manat ödəniş borcum var. Universitetə təhsil olmaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə söylədi ki, burada iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyım. Ondan səbəbini soruşdum. Dedi ki, burada bələdir”. Daha sonra şahbid qismində BSU-nun digər tələbəsi Rauf Həsənov dindirilib. O bildirib ki, D.Əliyevaya universitetdə təhsil alması üçün ondan 2 min manat pul verib. R.Həsənov ona dəymiş 2 min manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödəməsini istəyib. Proses noyabrın 1-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Bəli, rüşvət alma cinayəti dünyanın bir saylı xəstəliyidir, amma hələki peyvəndini tapan yoxdur. Bəlkə də tapmaq istəmirlər. Necə olur ki, bu boyda koronavirusun peyvəndini qısa vaxtda tapa bilirlər, amma rəhmətlik Füzulinin "Rüşvət və salam" məntiqindən bəri bunun peyvəndi, dərmanı tapılmır?

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN