booked.netbooked.net booked.net  

  • 1521- Belqrad Osmanlı ordusu tərəfindən işğal olundu.
  • 1833- Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində quldarlığı ləğv edən qanun qəbul etdi.
  • 1916- Birinci Dünya Müharibəsi zamanıAlmaniya imperatorluğu Rumıniyaya, İtaliya isə Almaniyaya savaş elan etdi.
  • 1918- Azərbaycan Xalq Cümhuriyyəti hökuməti respublika ərazisində bütün məhsulların azad ticarətiilə bağlı qərar imzaladı.   
  • 1918-Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.
  • 1963- ABŞ-ın cənub ştatlarından başlayan "Vətəndaş haqqları yürüşü” paytaxt Vaşinqtonda sona çatdı. Martin Lüther Kinqburada 200 min adama xitab edərək "Bir xəyalım var" başlıqlı məşhur nitqini söylədi.(1)

  • 1980-İsrailin Qüdsü paytaxt elan etməsinə cavab olaraq 1980-ci ilin 28 avqustunda Türkiyə Qüdsdəki baş konsulluğunu bağladı.  
  • 1988- Almaniyanın Ramstein hava bazasında şou uçuşlarızamanı İtaliya hava qüvvələri komandasının üç təyyarəsi tamaşaçıların üstünə düşdü, 75 adam öldü, 346 nəfər yaralandı.
  • 1995- Serblər Saraybosnadakı Markale bazar yerinə minomyotla hücumetdilər. Qırğında 45 adam həlak oldu, 85 nəfərsə yaralandı.
  • 1996- Uels şahzadəsi Çarlz (Charles) və şahzadə Dianaboşandılar.
  • 1991– Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan etmişdir.
  • 2003- Londonun elektrik sistemindəki qəza nəticəsində 500 min nəfər şəhər sakini yarım saat, bəzi yerlərdə 2 saatadək işıqsız qaldı.
  • 2007 – Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül vəzifəsinin icrasına başlamışdır.
  • 2014-Türkiyənin 12-ci respublika başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içərək vəzifəyə başladı.

28 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

Yohan Volfqanq Höte (1749-1832)

1749- Məşhur almaniyalı şair və dramaturq Yohan Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Hötenin ailəsində dünyaya gəlib.
Höte alman ədəbiyyatının və XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, "Tufan və Həmlə" (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.
Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Göte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Göte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.
Yohann Volfqanq Höte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.   Hötenin yaradıcılığı alman poeziyası tarixinin ən parlaq səhifələrindəndir. Onun məşhur “Faust” faciəsi və “Gənc Verterin iztirabları” əsərləri çox dillərə tərcümə edilib və bu günə qədər oxunur. (1749-1832).

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

***

Lev Tolstoy (1828-1910)

"Hərb və Sülh", “Anna Karenina” kimi bir çox məşhur əsərə imza atan, Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy 28 avqust 1828-ci ildə dünyaya gəlib.

***

 

Əlibala Hacızadə (1935-2009)

Görkəmli Azərbaycan yazıçısı Əlibala Hacızadənin doğum günü (1935-2009). Ötən əsrin 60-cı illərində SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. "Heykəl gülür", "Məhəbbət olmayan evdə", "Unutmaq olmur", "Qürbətdə", "Təyyarə kölgəsi", “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” əsərləri daha çox populyarlıq qazanıb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınıb.

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

***

Böyükxanım Həsənbala qızı Əliyeva

1945—  Azərbərbaycan Respublikasının Xalq artisti Böyükxanım Həsənbala qızı Əliyeva Xaçmazda anadan olmuşdur.

Ə.Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N.Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.

Rolları: Germiona ("Qış nağılı", U.Şekspir), Amaliya ("Qaçaqlar", F.Şiller), Gültəkin ("Aydın", C.Cabbarlı), Sədayə ("Sən yanmasan", N.Xəzri), Nihal ("Yağışdan sonra", B.Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M.İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ.Əfəndiyev), komissar ("Nikbin faciə", Vs.Vişnevski) və s.

Teatr sahəsində səmərəli fəaliyyətinə görə Böyükxanım Əliyeva 1979-cu ildə  Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

***

Rəna Nəcəfqulu qızı İsmayılova

1950— Tanınmış orqan ifaçısı, Əməkdar artist Rəna Nəcəfqulu qızı İsmayılova Bakıda rəssam ailəsində anadan olmuşdur. O, uşaqlıqdan pianoda ifa etməyə başlamış və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlamış, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirmiş, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlamışdır. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirmişdir. Burada o, professor Leonid Royzmandan (rus.)az. dərs almışdır.

1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görmüşdür.

Rəna İsmayılova hazırda Almaniyada yaşayır. Burada onun dəfələrlə rəsmi konsertləri olmuş, kilsələrdə ifa etmişdir. O, həmçinin alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, "Orqan dünən və bu gün" adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olmuşdur.

***

Vəfat etmişdir:

Əbülhəsən Anaplı (1894-1921)

1921— Azərbaycan teatrının ən görkəmli komiklərindən biri olmuş  aktyor Əbülhəsən Anaplı 28 yaşında ermənilər tərəfindən qətlə yetirilib.

Əbülhəsən Anarlı 1894-cü ildə Qubada doğulub.
Uşaqlığı Bakıda keçən Əbülhəsən səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib.
Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib.

Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur. Komik aktyor olan Anaplı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində - Mirzə Fətəli Axundzadənin "Hacı Qara" tamaşasında Kərəməli, Z.Hacıbəylinin "Evliykən subay" tamaşasında Qaraçı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" tamaşalarında Vəli, Hambal, Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" tamaşasında Pirverdi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" tamaşasında Niyaz və Əmrah, "Dağılan tifaq" tamaşasında Gənc, Əbdül, İmamverdi, "Ac həriflər" tamaşasında Həsən, Nəriman Nərimanovun "Nadir şah" tamaşasında Cavad, Cəfər Cabbarlının "Ədirnə fəthi" tamaşasında Molla Hacı, Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" tamaşasında Abdulla bəy, Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" və ya "Nuru paşanın igidliyi" tamaşasında Samson, İsa bəy Aşurbəylinin "Azərbay və Can" tamaşasında İvan, Fridrix Şillerin "Qaçaqlar" tamaşasında Papas, Vilyam Şekspirin "Kral Lir" tamaşasında Təlxək, İvan Turgenevin "Pulsuzluq" tamaşasında Kərbəlayı Vəli, İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" tamaşasında isə Abdulla rollarını ifa etmişdir.

Cəfər Cabbarlının onun haqqında yazdıqları:

" Bakıda, Azərbaycanın paytaxtında Rza Darablı ilə Əbülhəsən Anaplını tanımayan yoxdur. Hər kəs bizim bu iki gənc sənətkarımızı tanıyor. Hər kəs, bu iki komik oynarkən bir daha sənətkarını görmək məqsədilə əlini və ovcunun içini ağrıtmışdır. Yarın, şübatın 24-də (1920-ci il) Dövlət teatr heyəti tərəfindən bu iki aktyorun şərəfinə olaraq "Arşın mal alan" operettası oynanılacaqdır. Möhtərəm oxuculara Darablı və Anaplını bir qədər tanıtmaq istərdim.
Rza Darablı ilə Əbülhəsən Anaplı 1911-ci sənədən başlayaraq, bərabər olaraq səhnəyə çıxmışlardır. Ilk çıxışlarında kəndi iqtidarlanı göstərmiş, hər kəsin nəzərdiqqətini kəndilərinə cəlb etmişlərdi. Bizdə, bizim səhnəmizdə pək az adam Darablı ilə Anaplı kimi az zaman içərisində məruf olmuşdur. Bu iki aktyor o qədər məruf olmuşlar ki, bunlarsız, demək olar ki, bir müsamirə keçməmişdir. Əvvəllərdə bu iki aktyor səhnəyə bərabər çıxır, hər ikisi bir məslək, komiklik məsləkini təqib edirdilərsə də, lakin son zamanlar bunların hərəsi başqa-başqa şəxsiyyətlər olmuşlardır.

Əbülhəsən Anaplı əski məsləkində qalmış, ondan bir an ayrılmaq istəməmiş, həp o yolda tərəqqi edərək hər kəsin məhbubül-qəlbi olmuşdur. Əbülhəsənin yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. Nə qədər böyük və ali bir məclis olursa-olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o məclisdə icrai-məharət edirlərsə etsinlər, Əbdülhəsən onların həpsini ikinci dərəcəyə buraxacaqdır. Bütün məclis əhlini, avam olsun, xas olsun kəndisinə məşğul edəcəkdir".

1921-ci ilin fevralında Əbülhəsən Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat dəstəsi ilə Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecə erməni daşnakları tərəfindən qətlə yetiriliblər.

 ***

Məmməd Gülabı oğlu Qəniyev (Xındı Məmməd)- (1896-1968)

1968 –El arasında Xındı Məmməd kimi tanınan Məmməd Gülabı oğlu Qəniyev 72 yaşında vəfat etmişdir.

Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda - Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı şair Ağacanın yanına gətirib ona şagird vermişdir.

Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.
Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalı da məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şerlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.
Dövrün mükəmməl, tanınmış el şairləri və aşıqları Şair Ağacan, Şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Hələ 1930-cu illərdə bu Borçalı bülbülünə də qara yaxaraq pantürkist damğası vurmuşlar. Buna görə də o bir müddət Tiflisdəki Metex qalasında yatmışdır.
Böyük Vətən müharibəsi (1941-1945) başlayanda Xındı Məmməd də cəbhəyə getmişdir. O, müharibəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi öz sədəfli sazını "Cəngi" havası üstündə kökləyib divardan asmışdı.
Müharibədən evə sağ-salamat dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirmişdir. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli ünlü şagirdi vardır. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları bu gün Borçalının ən ünlü sənətçilərindəndir. Bu şagirdlərin arasında ustadın oğlu Gülabı Xındı Məmmədə layiq əvəz olmuşdur.
Ustad aşığın yazdığı şeirlər rayon və respublika mətbuatında çap olunmuşdur. Onun şeirlərinin tam külliyyatı Bakıda "Borçalı" nəşriyyatinda Müşfiq Çobanli tərəfindən "Meydanda mərdi-mərdanə" adı altında çap olunmuşdur. Qədirbilən Borçalı camaatı və sazsevərləri Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük bayram şənliyinə çevirdilər.

Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır.

 ***

  Rübabə Xəlil qızı Muradova (1933-1983)

1983 — Azərbaycan müğənnisi (messosoprano), Xalq artisti Rübabə Xəlil qızı Muradova50 yaşında vəfat etmişdir.
Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" - Üzeyr Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
28 avqust 1983-cü ildə Bakıda vəfat etmiş və Yasamal  rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir.

 ***

Şakir QURBANOV

Pin It

Prezidentin sabiq köməkçisi Əli Həsənovun barəsində sensasion açıqlamalar var…

Pin It

Nəhayət, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Baş Prokuror və keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə hazırlıq iclası baş tutub...

Pin It

Taliban Ankaranın Kabul aeroportuna nəzarət etməyini istəyir, amma...

Pin It

Fox News-un verdiyi xəbərə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Əfqanıstana həsr olunmuş  brifinqdə bəzi açıqlamalar verdikdən sonra jurnalistlərin suallarına cavab verməli imiş.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN