booked.netbooked.net booked.net  

“Bəs, 145 saylı abidəni niyə yazmırlar? Həmin abidə yoxa çıxıb”

Pin It

31 avqust

  • 1897— Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent almışdır.

Томас Эдисон и его кинетоскоп - первые сеансы в Нью-Йорке

***

  • 1907— Antantanın yaradılmasını tamamlayan İngiltərə-Çar Rusiyası sazişi imzalanmışdır.
  • 1957— Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan etmişdir.
  • 1962— Trinidad və Tobaqo müstəqilliyini elan etmişdir.
  • 1997— Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak olmuşdur.

Диана, принцесса Уэльская — Викицитатник

***

  • 2005— Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak olmuşdur.

1993 — Qubadlı rayonu Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

Qubadlısız keçən 24 il

Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və 60 kitabxana ermənilər tərəfindən dağıdılıb.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.

Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 кəndi işğaldan azad edildi. İşğaldan azad edilən yaşayış məntəqələri:

  • Şəhər: Qubadlı şəhəri ;
  • Kəndlər: Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı  Zilanlı ; Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli  Xanlıq ; Əbilcə, Qiyaslı  Qilican ; Kavdadıq, Məmər  Mollalı]; İşıqlı, Milanlı  Muradxanlı; Başarat, Qaracallı  Qaraкişilər ; Balasoltanlı, Mərdanlı  Qəzyan ; Aşağı Mollu, Yuxarı Mollu  Xociк; Ballıqaya, Boyunəкər, Çərəli, Hal, Həmzəli, Mahruzlu, Qaraimanlı, Qaraqoyunlu, Tinli, Ulaşlı, Xəndəк  Xocahan ;

***

2012 — Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu ekstradisiya yolu ilə Vətəninə qayıtmış və eyni gündə Prezidentin əfv sərəncamı ilə cəza çəkməkdən azad edilib.

***

1923Sovet İttifaqı Qəhrəmanı Mirzə Dövlət oğlu Vəliyev Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.

Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir.

Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.

***

Şakir QURBANOV

Pin It

Azərbaycan Yazıçılar Birliyi (AYB) daha bir ilkə imza atır... Şuşada növbəti qurultayı oktyabrda keçiriləcək.

Pin It

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Pin It

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatında görə, vəhşi marallarda koronavirus aşkar edilib və virusa yoluxmuş marallara Ohayo ştatında rast gəlinib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN