booked.netbooked.net booked.net  

3 Sentyabr

1260- Məmlük ordusu monqolları Əyn Cəllud müharibəsində məğlub edərək onların cənuba yayılmasının qarşısını aldı.

1588 - Gəncə qalası tikdirilib.

1683 - Osmanlı ordusunun 2-ci Vyana mühasirəsi uğursuzluqla nəticələndi və Osmanlının qərbə doğru irəliləməsi başa çatdı.

1783- Böyük Britaniya Parisdə imzalanan müqavilə ilə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.

1859 — Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir.

1878- İngiltərədə Temza çayında  başqa gəmi ilə toqquşan sərnişin gəmisi batdı, 640 nəfər öldü.

1912 — Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilmişdir.

1939- Almaniyanın Polşaya hücumundan sonra Fransa, Böyük Britaniya, Yeni Zelandiya və Avstraliya, Almaniyaya müharibə elan etdilər.

1943 — İkinci dünya müharibəsi: İtaliya təslim olmuşdur.

1952- Türk bayrağı Ağrı dağının zirvəsinə sancılmışdır.

Ağrı dağı Türkiyənin ən yüksək dağıdır. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir.
Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir. Hər iki dağın ətəyinin birlikdə çevrəsi təqribən 128 km. təşkil edir.

Dini ədəbiyyatda, Nuhun gəmisinin saya oturduğu ilk torpaq bu dağın zirvəsi olmuşdur. Tarixi mənbələrdə Ağrı dağının müxtəlif dillərdə işlədilən "Kuh - i Nuh", "Cebel ül Haris" kimi adlarına rast gəlinir.
Marko Polonun çıxılması mümkün olmayan kimi qiymətləndirdiyi bu dağa mənbələrə görə ilk dəfə 9 oktyabr 1829-cu ildə prof. Frederik von Parat qalxa bilmişdir. İlk qış solo çıxışı isə 21 fevral 1970-ci ildə Türkiyə Dağçılıq Federasiyasının sabiq sədri Dr. Bozqurt Ergör tərəfındən gerçəkləşdirilmişdir. 1980-ci illərdə minlərlə alpinist Ağrı dağını ziyarət etmişdir. 1990-cı ildən etibarən dağa qalxmaq qadağan olunsa da, 1998-ci ildə bu qadağa aradan qaldırılmışdır.

 ***

1962- İranın Gəzvin ostanında baş verən zəlzələdə 12 min 225 insan həlak oldu, 21 minə yaxın evə zərər dəydi.

***

1993- Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. Azərbaycanın bu quruma üzvlüyü sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşib.

***

1997- Vyetnam hava yollarına aid sərnişin təyyarəsi Pnompen hava limanına yaxınlaşarkən qəzaya uğradı, 64 nəfər həlak oldu.

*** 

2004- Şimali Osetiyanın Beslan qəsəbəsindəki bir məktəbdə 3 gün davam edən girov böhranına Rusiya silahlı qüvvələrinin  xüsusi bölmələri müdaxilə etdi. Qarşıdurma nəticəsində əksəriyyəti uşaq və müəllimlərdən ibarət 376 nəfər həlak oldu, 800 nəfər yaralandı.

***

2008– Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya səfər edib.

 Bu, ABŞ-Azərbaycan münasibətləri tarixində Vaşinqtondan Bakıya ilk belə yüksək səviyyəli səfər idi. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti ilə görüşündə regionda vəziyyət, iki ölkənin enerji təhlükəsizlik sahəsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığı müzakirə edilib.

***

1951– Xalq Artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Yaşar Nurinin doğum günü (1951-2012)

Səhnəyə ilk dəfə on bir yaşında çıxıb. Teatr aktyoru kimi tanınan sənətkar əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Yaratdığı rəngarəng və bənzərsiz obrazlarla əbədi tamaşaçı sevgisi qazanıb.

***

1869- Avstriya kimyaçı alimi, həkim, Nobel mükafatı laureatı Frits Preql anadan olub (1869-1930)

1923-cü ildə üzvi maddələrin mikroanalizi metodunu kəşfinə və görə Nobel mükafatına layiq görülüb. Onun laboratoriyası dünya üzvi mikroanaliz mərkəzinə çevrilib. Ölümündən əvvəl Vyana Elmlər Akademiyasında mikrokimya sahəsində nailiyyətlər üçün mükafat təsis olunmasına dair böyük miqdarda vəsait ayırıb.

***

Şakir QURBANOV

Pin It

Ləğv edilmiş KİVDF-nin xəmiri, deyəsən, hələ çox su aparacaq... Daha dəqiqi, qurumun hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən keçmiş icraçı direktor Vüqar Səfərli istintaqa ifadəsində çox sirlərin üstünü açıb. O, icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib. Belə ki, istintaq materiallarından məlum olur ki, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib: “2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.

Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.

V.Səfərli bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi “Azərmətbuatyayımı” ASC ilə bağlayıb: “Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

Bəli, məsuliyyətsiz vəzifə icraçılığının sonu belə də olmalı idi... Məhkəmə isə hakimlərin koronaya tutulması səbəbindən müvəqqəti təxirə salınıb... Məhkəmə istintaqında yəqinki bütün personalar ortada olacaq.

A.Məmmədli

Pin It

2 sentyabr 

  • 1642 İngilis parlamenti teatrı qadağan edir.
    Pin It

1 Sentyabr

Mühüm hadisələr:

1714 – Rusiyada ilk kitabxana istifadəyə verilmişdir.
1763 – 
Rusiyanın Kraliçası II Yekaterina Moskvada Atılmış uşaq Evi üçün İvan Betskoyun planlarını təsdiq etmişdir.

Pin It

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayev və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərov şəhid atası İnqilab Məmmədova ermənilərdən betər zərbə vurub...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN