booked.net booked.net  

Ermənistanın baş naziri Azərbaycan prezidentinin son anda Qranada görüşünə getməkdən imtina etməsindən təəssüfləndiyini bildirib.

TEZADLAR.AZ tass-a istinadən xəbər verir ki, Emənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində İlham Əliyevlə sülh sazişi imzalamağı planlaşdırdığını və Azərbaycan prezidentinin son anda ora getməkdən imtina etməsindən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, belə vacib görüşün baş tutmamasının səbəbkarı onlar deyillər.

"Son ana qədər, hətta bu gün də biz Qranadaya səfəri təsdiqlədik. Qeyd etmək istərdim ki, biz çox konstruktiv və nikbin idik, çünki biz əlamətdar sənədin imzalanmasının mümkün olduğuna inanırdıq. Məlum oldu ki, planlaşdırılan görüşün baş tutmaması  bizim günahımız üzündən deyil. Ümid edirik ki, masanın üzərində olan konseptual sənəd lazımi anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah mənim belə mühüm qərarı açıqlamaq imkanım olmayacaq”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Belə ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN