Sovet işğalının 103-cü ildönümü ilə bağlı ölkənin bir sıra inzibati binalarında dövlət bayraqları endirilib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Gürcüstan Demokratik Respublikasının qırmızı ordu tərəfindən işğalının ildönümü ilə əlaqədar gecə saatlarından etibarən parlament binası, hökumət administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də ölkə ərazisindəki digər dövlət və hökumət binalarında dövlət bayrağı endirilib.
 Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN