booked.net booked.net  

Xəzər TV-nin aparıcı Vüsalə Əlizadənin verilişinə dəvət etdiyi müğənnilərlə - Sevil və Sevinc Səfərova bacıları ilə gərginlik  yaranıb. Səbəb isə müğənnilərdən mətbəxdə yemək hazırlamaq istəməsi və "yox" cavabı alması olub...

Tezadlar.az xəbər verir ki, Vüsalə "İncə səhər" proqramında qonaq olan əkizlərdən yemək hazırlamalarını istəyib. Əkiz bacılar buna etiraz ediblər və bildiriblər ki, xasiyyətlərini verilişdəkilərin çoxu bilir. Onlar verilişə mahnı oxumaq üçün gəldiklərini, yemək hazırlamaq istəmədiklərini bildiriblər və Vüsaləyə etirazlarını bildiriblər.

Bacılardan biri "Verilişə gəlirəmsə hazırlaşıram, əziyyət çəkilir, geyimlər seçilir, günlərlə geyimin "primerkalarına" gediir. Mən müğənniyəm. Efirə ifa etmək üçün gəlirəm. Bizim mətbəxdəki əl qabiliyyətimizi hamı bilir. Biz hazırlaşıb efirə sevərək gəlmişiksə, mən efirə salat hazırlamağa gəlməmişəm. Qoy, ən yaxşısı, iki qardaş öz arasında yarışsın...Çünki biz əlimizi batıracağıq, yuyacağıq.. Oradan oxuyursan, buradan salat düzəldirsən. Mənim fikrimcə, düzgün deyil", - deyə aparıcının təklifi ilə razılaşmayıb. 

Vüsalə isə "Burada Xalq artisti belə yemək hazırlayıb. Verilişə gəlmisinizsə, formata hörmət edin", - deyib.

Aparıcı onları əvvəlcədən xəbərdarlıq etməməkdə qınayıb, bacılar isə əvvəlcədən bildirdiklərini söyləyiblər.

Daha sonra isə bacıların mikrafonu söndürülüb...

P.S. Əlbəttə, müğənnilərin təbii haqqıdır ki, dəvət olunduqları televiziya verilişlərində yalnız bu sahədəki məharətləri sınanılsın, öz sahələri ətrafında suallar verilsin, yaradıcılıq polemikası baş versin. Təəssüf ki, Azərbaycan teleməkanında əksəriyyət musiqili verilişlərdə müğənnilərin ailə məsələrindən, qalmaqallarından tutmuş mətbəxədək hər məsələ müzakirəyə çıxarılır.

Və yəqin ki, bu hadisədən sonra Xəzər TV-nin qapıları uzun müddət (bəlkə də birdəfəlik) əkiz bacıların üzünə bağlanmış oldu..

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN