booked.netbooked.net booked.net  

AZAL tələbələrə güzəştə gedəcəkmi?...

Məlum olduğu kimi, qardaş Türkiyədə baş verən zəlzələ tələbələrin tətildə olduqları dövrə təsadüf edib. Hansı ki, orada təhsil alan Azərbaycanlı tələbələr bu fürsətdən istifadə edib Vətənlərinə, ailələrinin yanına gəlmək, onlarla vaxt keçirmək imkanı qazana bilərdilər. Amma bir çoxu bu fürsətdən yararlana bilmədi. Səbəb isə yol pulunun baha olması, ailələrinin maddi imkanını nəzərə alaraq, onları xərcə salmamaq olub... Və təəssüf ki, maddiyyatdan qaynaqlanan bu səbəb olmasaydı, bu gün ürəklərimizi dağlayan tələbə itkilərimiz də olmayacaqdı.

Baş verənlərə millət vəkili Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da münasibət bildirib.

O, KİV-ə açıqlamasında vurğulayıb ki, ölkə xaricində təhsil alan tələbələrə güzəştlər tətbiq edilməsi ilə bağlı məsələ dəfələrlə MM-də müzakirə olunub.

Milət vəkili də hesab edir ki, tələbələr üçün həm daxili, həm də xarici nəqliyyatdan istifadədə müəyyən güzəştlər olmalıdır.

O, belə bir praktikanın bir çox ölkələrdə olduğunu da diqqətə çatdırıb. 

“Həmçinin, Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər online tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, bletlərin baha olması ilə əlaqədar qayıdıb lazımlı əşyalarını gətirə bilmirlər”, -deyə bildirib.

 Millət vəkili təklif edib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinə, AZAL-a, ümumiyyətlə aidiyyatı qrumlara müraciət etməlidir ki, çıxış yolu da tapılsın.

Xatırladaq ki, günlərdir ümidlə yolunu gözlədiyimiz Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə tətil vaxtı vətənə dönə bilməmə səbəbindən zəlzələnin qurbanı olublar...

Əlaqədar qurumlar, məsul şəxslər isə tələbələrə edilməsi mümkün olan bir çox güzəştlər barədə düşünməlidirlər. Düşünməlidirlər ki, tələbələrimiz yalnız təhsili, elmi düşünə bilsinlər və maddi sıxıntılar onları həm yormasın, həm də həyatları bahasına başa gəlməsin.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN