booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan “Təhlükəsiz yollar məktəbdən başlayır” layihəsi başa çatıb.

Məlumat üçün bildiririk ki, layihənin icrasına 2023-cü il oktyabr ayının ortalarında başlanılıb. Layihənin əsas məqsədi Astara rayonu üzrə 10 məktəbdən seçilmiş 300 şagirdin yol hərəkət qaydaları və təhlükəsizliyi barədə maarifləndirilməsi olub. Layhiə Astara rayonunun Təngərüd, Siaykü, Maşxan, Vaqo, Rinə, Miki, Pensər və Şiyəkəran kəndlərinin məktəblərini əhatə edib.

Layihənin rəhbəri, Astara rayonu, S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin tarix müəllimi Vəfa Hüseynovadır. V.Hüseynovanın bildirdiyinə görə, layihəni təqdim etməkdə məqsəd ondan ibarətdir ki, yol hərəkət qaydalarına ciddi riayət etmək üçün maarifləndirmə işləri məktəbdən başlamalı və psixoloji olaraq hər bir şəxsin düşüncəsində, şüurunda özünə yer etməlidir. Yalnız bu vasitə ilə çoxsaylı yol qəzalarının qarşısını almaq mümkündür.

Layihə üzrə təlimçi MAGİYA İB-nin sədri Afiq Məlikov, ekspert isə psixoloq Fərrux Əliyevdir. Layihənin yekun mərasimində layihənin əhatə etdiyi məktəb direktorları layihənin faydaları və uğurları barədə məlumat veriblər. 

Şəlalə OMAROVA

img-20240205-wa0008

img-20240205-wa0010

img-20240205-wa0009

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN