booked.net booked.net  

Ağdam rayon 32 nömrəli tam orta məktəbdə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Məktəbin akt zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, üçrəngli dövlət bayrağımız milli geyimli şagirdlər tərəfindən təntənəli musiqi sədaları altında səhnəyə gətirilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdam rayon 32 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Hacıyeva 28 May - Müstəqillik Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu xatırladıb və müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC-nin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri diqqətə çatdıran təhsil ocağının rəhbəri yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yarandığını bildirib. Tarixi proseslərin müstəqilliyin qoruyub saxlamağın daha çətin, məsuliyyətli bir iş olduğunu deyən Ü.Hacıyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyimizin əbədi olması üçün qətiyyətli addımlar atdığını, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayıb.

Ümummili liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi, iqtisadi və sosial islahatların uğurla gerçəkləşdirildiyini qeyd edən Ü.Hacıyeva ötən qısa zaman kəsiyində qazanılmış mühüm nailiyyətləri xatırladıb. Ötən illər ərzində Azərbaycanın hərbi, iqtisadi qüdrətinin daha da artdığını önə çəkən direktor 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin kökündə məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu, milli birlik strategiyasının, bu dövrdə yetişdirilən vətənpərvər gəncliyin misilisiz qəhrəmanlıqlarının dayandığını bildirib. Azərbaycan xalqının artıq iki ildir ki, Müstəqillik Gününü daha qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən Ü.Hacıyeva ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını söyləyib.

Çıxışının sonunda Müstəqillik Günü münasibətilə ən xoş arzularını çatdıran, şagirdlərə tövsiyələrini verən direktor Ü.Hacıyeva doğma Azərbaycanımızın dövlət müstəqilliyinin əbədi olacağını vurğulayıb.

Bayram tədbiri Agdam rayon 32 nömrəli tam orta məktəbin təşkilatçısı Cavahir Şıxıyevanın rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə davam edib, şagirdlər vətənə, xalqa həsr olunmuş şeirlər söyləyib, onların ifasında mahnı və rəqslər təqdim olunub. Mməktəblilər tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyalar maraqla qarşılanıb.

Tədbir çərçivəsində Agdam rayon 32 nömrəli tam orta məktəbin şagirdlərinin vətənpərvərlik və digər mövzularda əl işləri və rəsmlər nümayiş etdirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN