booked.netbooked.net booked.net  

...Bu dəqiqələrdə Azərbaycanın 88 yaşlı Əməkdar müəllimi Məmməd Əfəndiyev "Təzadlar"a zəng edərək adı xaricdəki mülk qalmaqalında və s. çəkilən deputat Cavanşir Feyziyevin dünən "Şöhrət" ordeni alması barədə həyəcanla danışdı...

Ağsaqqal müəllimin dediklərindən:

-Mən "Təzadlar"ın 30 ildir daimi oxucusuyam... Yadımdadır, icra başçısı Əhəd Abiyevin bir qocaman fermerlə bağlı qalmaqalından yazdınız, dünən Prezident onu işdən çıxartdı... Vaxtilə bir rektorun doktorluq qalmaqalından yazmışdınız, bildiyim qədər, onu işdən çıxartmasalar da, yüksək vəzifəyə getməsi dayandırıldı... Neçə ay əvvəl isə deputat Cavanşir Feyziyevin xaricdəki qalmaqallarından yazmışdınız, amma dünən ona "Şöhrət" ordeni verdilər. Bu necə ola bilər axı?! 

Cavabımız:

-Hörmətli Məmməd müəllim, biz kiminsə işdən çıxarılmasından ötrü tənqid yazmırıq... Biz həmin şəxs barədə məlumatları yuxarıların diqqətinə çatdırırıq... Onun barəsində nə tədbir görülməlidir, bu başqa məsələ... Bizim vəzifəmiz yazmaq, faktı ictimailəşdirməkdir... O ki qaldı "Şöhrət" ordeni məsələsinə, axı şöhrəti Azərbaycanla bir olanın "Şöhrət" ordeninə nə ehtiyacı... Cavanşir Feyziyevin isə şöhrəti dünyaca birdir... İnanmırsız, o vaxt yazdıqlarımızı bir də oxuyun...

A.Məmmədli

https://tezadlar.az/index.php/en/agenda/7706-xari-cd-bahali-mulk-almanin-cavansi-r-feyzi-yev-d-rsi

https://tezadlar.az/index.php/en/c-miyy-t/5972-cavan%C5%9Fir-feyziyevin-m%C9%99s%C9%99l%C9%99sin%C9%99-bax%C4%B1la-bil%C9%99r-f%C9%99zail-a%C4%9Famal%C4%B1

https://tezadlar.az/index.php/en/agenda/5973-taninmi%C5%9F-ekspert-deputat-cavan%C5%9Fi%CC%87r-feyzi%CC%87yev-qurd-%C3%BCr%C9%99yi%CC%87-yeyi%CC%87b

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN