booked.net booked.net  

Alternativ ictimai nəqliyyatın yaradılması müzakirə olunur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, ictimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. “İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”, - deyə o əlavə edib.

R.Hümmətov həmçinin əlavə edib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişkiliyin əsas məqsədi vətəndaşların hüquqlarının qorunmasıdır:

"Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində var".

trend

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN