booked.net booked.net  

2024-cü ildən Amsterdam Avropada ən böyük turist vergisini tətbiq edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Evropuls”e yazır.

Həmin vəsait  Niderlandın paytaxtının təmizliyini və rahatlığını qorumağa yönəldiləcək.

Turist vergisinin artması Hollandiya şəhərlərinə gələn turistlərin sayının həddindən artıq çoxalması ilə bağlıdır.

Beləliklə, Amsterdamdakı otellərdə gecələyən turistlər üçün verginin məbləği adambaşına 15,25 avrodan 21,80 avroya, şəhərdə deyil, gəmidə gecələyən kruiz gəmisi sərnişinləri üçün isə 8 avrodan 11 avroya qaldırılacaq.

Həmçinin Venesiyada olduğu kimi Amsterdama da cəmi bir günlük səfər edən turistlər üçün vergi tətbiq etmək planlaşdırılır.

...Bir çox ölkələr turist cəlb etmək üşün dəridən-qabıqdan çıxır, amma Niderland təkcə turistlərin xərclədikləri ilə kifayətlənməyərək, hər gecələdikləri gün üçün də vergi tutaraq qazanc götürür.

Amsterdamın bahalı şəhər olmasına baxmayaraq, turistləri cəlb etməkdə davam edir. Turistlərə tətbiq edilən vergini qaldırmaqla, dolayı yolla bu ölkənin - şəhərin yalnız pullu turistlərin üzünə açıq olması mesajı verilir...

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN