booked.net booked.net  

ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Fransanın dövlət və hökumət başçıları İsrailə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bəyanatda 6 dövlət İsraili dəstəkləməklə yanaşı, onun özünü terrordan qorumaq haqqının olduğunu da vurğulayıblar. Liderlər beynəlxalq humanitar qanunvericiliyə əməl, habelə dinc sakinlərin təhlükəsizliyini təmin etməyə çağırıblar. Bəyanatda HƏMAS tərəfindən saxlanılan iki ABŞ vətəndaşının azad edilməsi alqışlansa da, başqa girovların da təcili sərbəst buraxılması istənilib.

Liderlər Qəzza zolağına ilk humanitar yardım karvanının daxil olmasını da alqışlayıblar. Onlar Qəzza sakinlərinin qidaya, suya, sabit, təhlükəsiz tibbi yardım və digər humanitar ehtiyaclara çıxışını təmin etmək üçün bölgədəki tərəfdaşlarla koordinasiya etməyə söz veriblər.

Liderlər, həmçinin, bölgədəki vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstəyi koordinasiya etmək barədə razılığa gəliblər. Münaqişənin genişlənməsinin qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq, siyasi həll və davamlı sülhə nail olmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik əməkdaşlıq barədə də razılıq əldə olunub.

Qeyd edək ki, oktyabrın 23-də gecə saatlarında ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts, Kanadanın Baş naziri Castin Tüdor, İtaliyanın Baş naziri Corciya Meloni, Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 

 

trend

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN