booked.net booked.net  

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyinin dəyişdirilməli olduğu fikrini bildirib.

 Orban bildirib ki, hazırda Avropa İttifaqını idarə edən siyasətçilər böhran vəziyyətlərinin öhdəsindən gələ bilməyəcəklərini göstəriblər.

 Radio Kossuth-da Baş nazir 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkilərdə "dəyişikliyə nail olmağı" təklif etdi.

 Qeyd edək ki, formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya,  Fransa, Niderland, Lüksemburq və İtaliya  tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub..

Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.

Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.

Xatırladaq ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.

Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN