booked.net booked.net  

 "Bəziləri Gürcüstan-Türkiyə münasibətlərini hədəf alıblar və bunun üçün hibrid texnologiyalardan istifadə edirlər".

Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib. Onun sözlərinə görə, bənzər bir təhlükə Gürcüstan-Azərbaycan münasibətlərini də təhdid edir: "Bəziləri Gürcüstan-Türkiyə münasibətlərini hədəf alıblar və bunun üçün hibrid texnologiyalardan istifadə edirlər. Bənzər bir təhlükənin Gürcüstan-Azərbaycan münasibətlərini təhdid etdiyini düşünürəm. Hətta bu münasibətləri pozmağa çalışa bilərlər. Bir təhlükə görsək, hər iki qardaş ölkəni xəbərdar edəcəyik. Bütün ölkələr arasında fikir ayrılıqları var, ancaq bu, münasibətlərin ortaq nöqtəsinə təsir etməməlidir. Sovet İttifaqı dövründə həm Gürcüstan, həm də Azərbaycan işğal problemi ilə qarşılaşıb, bu səbəbdən hər iki tərəf də vəziyyətlərini anlamalı və ümumi maraqları üstün tutmalıdır. Hər iki ölkənin səlahiyyətliləri bu mövzuda işə başladılar və əminəm ki, kənardan kimsə müdaxilə etməsə nəticə əldə edəcəklər", - deyə səfir Fatma Ceren Yazqan qeyd edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN