booked.net booked.net  

Bir saytın yazdığına görə, Misirdə dincələn və aktrisa sayılan, lakin aktrisalıqdan Misir qədər uzaq olan, soyunub lütlənməkdə isə əvəzi olmayan Pərvin Abıyeva sosial şəbəkədə çimərlik geyimində olan yeni fotolarını paylaşıb ki, bu da izləyicilər tərəfindən çoxsaylı bəyən gəlməsinə səbəb olub.

P.S. Əvvəla, Pərvin xanım qışda da, yayda da, dənizli də, dənizsiz də həmişə çimərlik geyimindədir ki, indiki şəkili heç də təəccüblü deyil. Amma maraqlıdır, Pərvin xanımın bu dəfəki şəkillərinə bəyən göndərənlər ən çox kimlərdir, qadınlar, yoxsa kişilər? Qadınların həmişə bir-birinin paxıllıqlarını çəkdiklərini nəzərə alsaq, qətiyyətlə demək olar ki, bu çılpaq şəkillərə bəyən göndərən izləyicilərin hamısı kişilər olub. Onda bu bəyənmədə ədalət prinsipinin pozulduğunu demək olar və bu qiyməti obyektiv yox, birtərəfli saymaq olar. Deməli, bu bəyənmələr düzgün deyil və bu səbəbdən Pərvin xanım gərək elə soyunmuş şəkillərini paylaşsın ki, xanımlardan da bəyən gəlsin...

***

Xəbər verilir ki, əməkdar artist Nigar Şabanovanın adından saxta sosial şəbəkə hesabı açılıb. Orada Nigar xanımın estetik əməliyyatdan əvvəl olan şəkilləri və əməliyyatdan sonrakı şəkilləri yerləşdirilib. Nigar xanım isə, bu barədə xəbəri olmadığını və bunu onu sevməyənlərin işi olduğunu bildirib.

P.S. Əksinə, Nigar xanım, tam əksinə. Estetik əməliyyatdan əvvəl olan şəkillərində təbii gözəlliyin göz oxşayır. Bilirsən ki, bu doğrudan da orijinal Nigar Şabanovadır. Amma estetik əməliyyatdan sonrakı şəkillərini belə əməliyyatlar keçirmiş bütün xanımlara oxşatmaq olur. Çünki belə xanımlar, sanki inkubator cücələridir və hamısı biri-birinə oxşayır. Hörmətli Nigar xanım, estetik əməliyyatdan əvvəlki şəkillərini yayan şəxs(lər) düşündüyümün əksinə olaraq səni ürəkdən sevənlərdir ki, təbii gözəlliyini yada salırlar. Səni sevməyənlər isə səni indiki hala salanlar və indiki halını tərifləyənlərdir.

***

Xəbər verilir ki, ötən həftə Şərurdakı Ticarət Mərkəzində güclü yanğın olub. Ondan bir gün sonra isə Naxçıvan şəhərində toy keçirilən restoranda yenə yanğın olub və qonaqlar sağ-salamat təxliyyə edilib.

P.S. Ey gidi dünya! Naxçıvanda indiyə qədər yanğın olduğunu eşitmişdiniz? Vaxt var idi Vasif Talıbovun icazəsi olmadan quş-quşluğu ilə Naxçıvanın üzərindən uça bilməzdi. Vasif müəllim özü kimə və nəyə istəsə od qoyub yandırardı. Hətta Vasif müəllim icazə vermədiyi üçün korona Naxçıvanın heç həndəvərinə də fırlana bilmədi və buna görə də Naxçıvanda karantin rejimi elan olunmadı. Hələ bu harasıdır? Vasif müəllimin icazəsi olmadan Naxçıvanda külək əsməzdi, yağış-qar yağmazdı... Bəs indi? İndi görün dəə... Vasif müəllimin yoxluğudur ki, Naxçıvanda yanğın-yanğın dalınca gəlir.

***

Oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. Bu konfransda 14 ölkədən, o cümlədən Fransanın müstəmləkə altında saxladığı xalqlar, həmçinin Korsika  təmsilçiləri içtirak ediblər. Fransanın uzun illər, hətta əsrlərlə əsarətdə saxladığı xalqların nümayəndələri çıxış edərək Fransanı onların sərvətini daşımaqda və soyqrımda ittiham ediblər.

P.S. Belə yerdə deyiblər e, «öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır». Bu gün Fransanın erməni qanı daşıyan prezidenti E.Makron erməniləri alət kimi istifadə edərək, Qafqaza soxulub burada da müstəmləkəçilik siyasətini yürütmək istəyir. Bu məqsədlə kiçik bacı dediyi Ermənistana müxtəlif “poza”lar öyrədərək, onun-bunun yanına göndərir. Amma 100 illərdir Rusiyaya “poza” verən Ermənistanın indi də böyük bacısı Fransaya “poza” verməsi Qafqazda heç nəyi dəyişməyəcək. Bacıların ikisi də bilməlidir ki, onlar üçün Qafqazda “Qırmızı fanarlar” küçəsi yoxdur və Qafqaz qatarı çoxdan gedib.

***

Məlumatlara görə, oktyabrın 22-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Ostayır kəndi yaxınlığında sərhədçilərimiz qaçaqmalçılıq yolu ilə sərhədi keçmək istəyən iki silahlı İran vətəndaşını əlbəyaxa döyüşlə tərki-silah ediblər. Yoxlama zamanı onlardan 9, 55 kq. narkotik maddə, 5 kq. 535 qr. heroin, 3 kq. 620 qr. metamfetamin və silah-sursat müsadirə edilərək götürülüb.

P.S. Bəh, bəh, bəh, İran İslam Respublikası deyil e, əsl İran Narkotik Respublikasıdır. A başınıza dönüm, bir ölkədə nə qədər narkotika, heroin və bu kimi vasitələr olar? Bircə dəfə də olsun eşitmədim ki, İran vətəndaşları sərhəddən qaçaqmalçılıq yolu ilə meyvə-tərəvəz, pal-paltar, dava-dərman və s. keçirmək istəyib. Eşitdiyimiz ancaq narkotik vasitələrdir. Allah bu dövlətin başbilənlərinə ağıl verib, haqq yoluna gətirsin. Əlbəyaxa döyüşlə silahlı qaçaqmalçıları tərki-silah edən qəhrəman sərhədçilərimizə isə eşq olsun!

***

Mətbuatdan məlum olur ki, İrəvanda yerləşən “Arara Pour” adlı turizm şirkəti avropalı turistlərə Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycana, əsasən də, Şəki və Qəbələyə səyahət təklif edir.

P.S. Olduqca maraqlıdır. Ona görə maraqlıdır ki, niyə bu ermənilər avropalı turisrləri özlərinin torpaqlarımızı 30 il işğalda saxladığı dövrdə xarabalığa çevirdikləri Ağdama, Füzuliyə və digər belə yerlərə dəvət etmirlər? Bu yerlərə gələn avropalı turistlərə, lap elə erməni kidi (“ekuskursavod”) izah edə bilər ki, azərbaycanlıların evlərini, məktəblərini, səhiyyə ocaqlarını, məscidlərini və hətta qəbirlərini belə necə varvarcasına dağıdıblar… Belə səyahət avropalı turistlər üçün olduqca maraqlı olardı və ermənilər də bundan babat pul qazanardı...

***

Məlumatlara görə, uzun müddətdir xaricdə yaşayan və müğənni sayılan, model Afaq Aslana ailə quracağı deyilən serbiyalı və hollandiyalı bir iş adamı təzəlikcə “Lamborghini Urus” maşını bağışlayıb ki, onun da qiyməti 450 min dollar, yəni təxmini 765 min manatdır.

P.S. Müğənnilikdən və modellikdən çox həmişə soyunub lüt-ətcəbala olmaqla gündəmə gələn Afaq Aslan 2016-cı il martın 3-də bir sayta verdiyi müsahibədə deyib ki, “Həyatımında olan kişilərin sayını itirmişəm”. Bunu nəzərə alsaq, soruşa bilərik ki, Afaq xanım, həyatındakı kişilərin sayını itirmisən, bunu bildik. Amma heç olmasa, sənə bahalı hədiyyələr edən kişilərin sayını bilirsənmi? Afaq xanım verdiyi elə həmin müsahibədə onu da deyib ki, əvvəlki sevgililərindən ona bahalı evlər, maşınlar qalıb. Afaq xanım, bu soyunmaq ki, səndə var, belə bahalı maşınları, evləri hələ çox alacaqsan.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN